Putin Paşinyanı bağışlamayacaq


Siyasət 16 Dek 2018 07:00:00 465 0

Putin Paşinyanı bağışlamayacaq

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Erməinstanda parlament seçkilərində qələbə çalmasına baxmayaraq hələ də Nikol Paşinyanı təbrik etməməsini hazırda Rusiya-Ermənistan münasibətlərində göstərici hesab etmək olar.

Bu barədə Son.az-a açıqlamasında "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri, beynəlxalq məsələlər üzrə tanınmış ekspert İlqar Vəlizadə deyib.

Unikal ölkə - Bu ölkədə siyasət və idarəçilik birbaşa kriminal aləmlə bağlıdır Politoloq hesab edir ki, Putinin Paşinyanı təbrik etməməsi onlar arasında münasibətlərin soyuqluğunun göstəricisidir: "Adətən, əgər dövlət başçılarının münasibətləri yaxşıdırsa, seçkilərin elə ilkin nəticələsi elan ediləndən sonra bir-birini təbrik edirlər. Onlar hətta təbrikdə kimin birinci olacağı məsələsində, sanki, yarışa çıxırlar. Məsələn, Azərbaycan və Türkiyə prezidentləri seçkilərdən sonra həmişə bir-birini ilk təbrik edənlər olublar. Yəni artıq seçkilərin ilkin nəticələri elan olunan kimi Azərbaycan Prezidenti Türkiyəyə zəng edir. Eyni şeyi də Türkiyə Prezidenti etmişdi. Yəni əgər münasibətlər yaxşıdırsa, dövlət başçıları artıq son rəsmi məlumatı gözləmədən bir-birini təbrik edirlər. Mən də şübhə etmirəm ki, gec-tez Putin də Paşinyanı təbrik edəcək. Lakin bu təbrik yalnız son rəsmi məlumatlar elan olunandan sonra edəcək".

İ.Vəlizadənin qənaətincə, Putinin təbriki gecikdirməsi Ermənistana ciddi ismarıcdır: "Əslində, bu, Ermənistana, Paşinyana bir mesajdır ki, bizim münasibətlərimiz pisdir, indiki halda şəxsi münasibətlərimiz yaxşı ola bilməz. Məsələn, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla bağlı nümunəni önə çəkək. Hamı bilir ki, Köçəryan Putinin dostu sayılır. Ona görə Köçəryanın parlament seçkilərindən az öncə həbs olunması Paşinyandan Putinə bir ismarıc hesab edilməlidir. Fikrimcə, Rusiya, xüsusən Putin bu addımı qəbul edib elə-belə bağışlamayacaq. Lakin Paşinyan da Köçaryanın həbsini elə-belə rahatca həzm edə bilməyəcək". 

İlkin İzzət Son.az