Pol Makkartninin evinə oğrular girdi


Digərləri 16 Dek 2018 06:02:00 290 0

Pol Makkartninin evinə oğrular girdi

"The Beatles" qrupunun keçmiş üzvü Pol Makkartninin evinə oğrular girib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, bu barədə "The Daily Mail" qəzeti yazıb. Bununla yanaşı, oğruların evdən nə apardığı barədə məlumat verilmir.

Xəbərə əsasən, cinayət Polun Liverpuldakı konsertindən bir neçə gün əvvəl baş verib. Konsert "Freshen Up" dünya turunun Britaniya çərçivəsində keçirilib. Polis əməkdaşları Sent-Cons-Vud rayonuna oğurluq barədə xəbərdən bir neçə dəqiqə sonra çatıblar. Oğurluqla bağlı həbs və saxlanılma olmayıb.