Qadın sünnəti: məqsəd nədir,


Digərləri 15 Dek 2018 23:35:00 416 0

Qadın sünnəti: məqsəd nədir,

Öz yeniliklərilə İslam dünyasını "sevindirməyə" davam edən İŞİD-in növbəti qərarı qadınların sünnət olunmasıdır. İraq və Şam İslam Dövləti ələ keçirdiyi bölgələrdə qadın və qızların sünnət olunması ilə bağlı fətva verib. Qeyri-dəqiq məlumatlara görə, bu fətva 4 milyon qız və qadına şamil ediləcək.

Bəs qadın sünnəti nədir və necə yaranıb? Hazırda haralarda, hansı məqsədlə tətbiq olunur?

Qadın sünnəti - cinsi zövq orqanı olan klitorun kəsilməsidir ki, məqsəd qadınların cinsi yaxınlıqan həzz almasına imkan verməməkdir. Yəni, qadın cinsi münasibətə zövq almaq üçün yox, yalnız nəsil artırmaq üçün girsin deyə, bu addım atılır.

Son.az gencaile.az-a istinadən bildirir ki, dünyanın 30 ölkəsində il ərzində 3 milyona yaxın qadın sünnət edilir. Qadın sünnətinin ən çox yayıldığı region Afrika və Cənub-Şərqi Asiyadır. Somalidəki qızların 98%-nin sünnət edildiyi bildirilir. Təkcə Somali yox, Efiopiya, Fil Dişi Sahili, Seneqal, Keniya, Benin və Qana kimi müsəlmanların üstünlkü təşkil etdiyi Afrika ölkələrində qadınlar sünnət edilir. Həmçinin xristianların üstünlük təşkil etdiyi Nigeriya, Tanzaniya və Nigerdə də qadınlar sünnət edilir.

Buna görə də belə hesab olunur ki, Afrika ölkələrində qadınların sünnəti dinlə yox, daha çox yerli adət-ənənə ilə bağlıdır.

Tarixçi və ilahiyyatçı alim Təbərinin qeydlərinə görə, qadın sünnətinin tarixi Həzrəti İbrahimin vaxtına gedib çıxır. Belə ki, rəvayətə görə, qadınların sünnət edilməsi adəti onun dövründə başlayıb və ilk sünnət olunmuş qadın da onun həyat yoldaşı Həcər olub.

Hətta İslam peyğəmbəri Məhəmmədin də sünnətin qadın üçün fəzilət olduğunu dediyi bildirilir.

Buna baxmayaraq, dində qadın sünnətinin olub-olmaması ilə bağlı fikirlər ziddiyyətlidir. Bəziləri bunun dində olduğunu desə də, araşdırmalar göstərir ki, heç bir dində qadın sünnəti ilə bağlı birmənalı tələb yoxdur.

Başqa bir qrup tarixçilər isə hesab edir ki, qadınların sünnət olunması adəti 2 min 500 il əvvəl Misirdə başlayıb və sonradan Afrikanın digər bölgələrinə yayılıb.