Zəlzələlərin çoxaldığı bir vaxtda Allaha belə sığının


Digərləri 15 Dek 2018 23:40:00 252 0

Zəlzələlərin çoxaldığı bir vaxtda Allaha belə sığının

Dünya həyatı çətinlik və iztirabla doludur. Zahirdə tam anlaşılmasada demək olar ki, bütün insanın özünə məxsus çətinliyi vardır. Kimisi maddi, kimisi fiziki, mənəvi əziyyətdədir. Bu belə də olmalıdır. Çünki bu dünyanın, dünya həyatının özünə məxsus xüsusiyyətidir. Qurana əsasən insanın bu həyatı imtahan və inkişaf üçündür. İnsan mənəviyyatı yalnız maneələrlə tərəqqi edir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, bütün bu çətinliklərə qələbə qazanmağın yeganə yolu Allaha sığınmaqdır. Quran bu barədə buyurur:

"Təvəkkül edənlər gərək Allaha təvəkkül etsinlər" (Ali-İmran-122)

İnsanlar bütün işlərində Allaha sığınmalı, yalnız Ona pənah aparmalıdırlar.

İnsana üz verən dünya çətinliklərindən, dəhşətli bəlalarından biri də zəlzələlərdir.

İmam Baqir (ə) vaxtında yaşayan Əli ibn Məhziyar adlı bir şəxs yazır ki, mən İmam Baqir (ə)-a məktub yazıb zəlzələlərin qorxusundan və çoxluğundan şikayət etdim.