Limon qabıqlarını ayaqqabının içinə qoyun və... –


Digərləri 15 Dek 2018 23:20:00 283 0

Limon qabıqlarını ayaqqabının içinə qoyun və... –

Limonun faydalarını saymaqla bitmir. Lakin limonun mətbəxdən əlavə də istifadə etmək mümkündür.İslamınSəsi bildirir ki,

Limonlu təmizləyici   Bir limonun qabığını soyun və onları 150 ml sirkənin içində bir gecə saxlayın. Səhər həmin qarışımı bir sprey şüşəsinə tökün və evinizi təmizləyərkən ondan istifadə edin.   Kəsmə taxtasını limonla təmizləyin   Kəsmə taxtalarınızı yuyucu vasitə ilə təmizləmək yerinə ikiyə böldüyünüz limonu süngər kimi istifadə edərək, üzərini təmizləyə bilərsiniz.   Ağ paltarları limonla yuyun     Ağ paltarlarınızı soda və limon suyu qarışımında isladaraq daha da ağarda bilərsiniz. Daha sonra paltarlarınızı paltaryuyan maşında yuya bilərsiniz.   Limonla manikür   Limon dırnaqlarınızı gücləndirmək üçün mükəmməl bir vasitədir. Bunun üçün ilıq bir suya yarım limon suyunu əlavə edin və dırnaqlarınızı 10 dəqiqə bu suda saxlayın.   Çillərdən limonla azad olun   Limonu dəri ləkələrinə və çillərinizə vuraraq onlardan yaxa qurtara bilərsiniz. Bir limonu ikiyə bölün və üzünüzə sürtün. Bir neçə dəqiqədən sonra ilıq su ilə yuduğunuz üzünüzü nəmləndirməyi unutmayın.   Əl-üz yuyanınızı limonla təmizləyin   Əl-üz yuyanınıza soda səpin və üzərindən limon qabıqları ilə ovalayın. Bu yolla onun necə işıldadığının şahidi olacaqsınız.   Ayaqqabı qoxusuna son   Təzə limon qabıqlarını ayaqqabılarınızın içinə yerləşdirin və bir gecə saxlayın. Səhər ayaqqabılarınız gözəl qoxuyacaq.