"Xalqına, bayrağına, şəhidinə xəyanət edənin cəzası nə olmalıdır" Zaurdan Mübarizə qarşı çıxan xanıma


Şou-biznes 15 Dek 2018 23:22:00 795 0

"Xalqına, bayrağına, şəhidinə xəyanət edənin cəzası nə olmalıdır"  Zaurdan Mübarizə qarşı çıxan xanıma

Mübariz İbrahimovla bağlı statusu ilə gündəmə gələn gənc Nərmin Şahmarzadənin özünü müdafiə cəhdlərinə Zaur Baxşəliyev də reaksiya verib.

Son.az publika.az-a istinadən xəbər verir ki, Zaur Baxşəliyevlə həyat yoldaşı Günay Baxşəliyevin ortaq İnstaqram səhifəsində olaya münasibət bildirilib.

"Bu günlərdə ərinə xəyanət etdiyi deyilən bir qadının başını qırxıb, videosunu çəkib, sonra da sosial şəbəkədə paylaşdılar. Əmisi oğlunun arvadına sataşan bir kişini kənd camaatı yğılıb daş-qalaq edib öldürdü. Yenə xəyanət edən bir kişinin əyninə yubka geyindirib, kənd içində rüsvay etdilər. Ərinə, arvadına əmisi oğluna xəyanət edənin cəzası budursa, dilinə sahib çıxmayıb xalqına, bayrağına, şəhidinə xəyanət edənin cəzası nə olmalıdır?