Sumqayıtda avtomobillə vurulan piyada hadisə yerində keçinib


Digərləri 15 Dek 2018 23:17:14 197 0

Sumqayıtda avtomobillə vurulan piyada hadisə yerində keçinib

Sumqayıt şəhərinin Z.Hacıyev küçəsində “Audi” markalı avtomobillə şəhər sakini vurulub

Bakı. Sumqayıt şəhərinin Z.Hacıyev küçəsində “Audi” markalı avtomobillə şəhər sakini vurulub. DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 14-də saat 9 radələrində Sumqayıt şəhərinin Z.Hacıyev küçəsində şəhər sakini Elməddin Kərimov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən şəhər sakini Füzuli Yusifovu vurub və nəticədə piyada hadisə yerində ölüb.