Soyuqdəymə zamanı bunları için


Digərləri 15 Dek 2018 23:05:00 282 0

Soyuqdəymə zamanı bunları için

Soyuqdəymə zamanı sağalmanı tezləşdirmək və öz vəziyyətini yaxşılaşdırmaq üçün insan mümkün qədər çox maye qəbul etməlidir.

Maye xəstəlik nəticəsində əmələ gəlmiş toksinləri orqanizmdən yuyub aparır, yüksək hərarəti salmağa kömək edir. Soyuqdəymə zamanı ən faydalı sayılan içkiləri təqdim edirik.

1. İtburnu dəmləməsi C vitamini ilə zəngindir. Həmçinin dəmləmə sidikqovucu təsirə malikdir, yüksək hərarəti salmağa kömək edir.

Dəmləməni hazırlamaq üçün 3 xörək qaşığı itburnu qurusu əzilir, termosa tökülür və üzərinə 1/2 l qaynar su əlavə olunur. Dəmləməni axşamdan hazırlayın və növbəti gün için. İtburnu meyvəsinin içərisində olan kiçik tükcüklər mədə-bağırsaq sisteminə qıcıqlandırıcı təsir edir. Bu səbəbdən içməzdən əvvəl dəmləməni tənzifdən bir neçə dəfə yaxşı süzün.

2. Yaşıl və ya qara çay balla və limonla. Çay sidikqovucu təsir edir, bal ümumi möhkəmləndirici və iltihabəleyhinə təsirə malikdir. Limon isə sağalmanı tezləşdirən C vitamini ilə zəngindir. Bal və limon ilıq çaya əlavə olunur. İsti çaya əlavə olunduqda onlar öz faydalı xüsusiyyətlərini qismən itirir.