Həzrəti Əlidən özünüzü test etmək üçün gözəl kəlam


Digərləri 15 Dek 2018 22:55:00 267 0

Həzrəti Əlidən özünüzü test etmək üçün gözəl kəlam

Mütəal Allah Qurani Kərimdə iman gətirənlər və iman əsasında əməl edənləri yaradılmışların ən yaxşısı, ən üstünü adlandırır. Demək Allah yanında yaxşı olmağın meyarı iman və iman əsasında olan əməldir, nəinki ayrılıqda əməlin özü:

"İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır." (Bəyyinə-7)

Quran yaxşı olmağın meyyarını bu ayə ilə bəyan edir. Hər kəs üçün bir yaxşı ola bilər Yalnız həqiqi meyar Allah yanındadır. İnsan da gərək öz əməllərini bu meyar əsasında nizamlasın.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, həmçinin İmam Əlidən (ə) nəql olunan bir hədisdə iman əhlinin sifətləri belə bəyan olunur:

"Mömin o kəsdir ki:

Qazancı halaldan olsun,

Rəftarı mehriban və mərhəmətli olsun,