Şeyx Zahid Gilani Lənkəranda da anıldı FOTO


Digərləri 15 Dek 2018 22:23:00 464 0

Şeyx Zahid Gilani Lənkəranda da anıldı  FOTO

"Şeyx Zahid Gilani Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin ustadı olub. "Şeyx Səfi təzkirəsi"ndə xüsusi maraq doğuran məsələlərdən biri məşhur Elxani hökmdarı Qazan xanın Şeyx Zahid Gilanini ziyarət etməsi və ona böyük ehtiram göstərməsi ilə bağlıdır. Bu fakt Şeyx Zahid Gilaninin o dövrdə böyük nüfuz və kəramət sahibi olduğunu göstərir".

Son.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan verilən məlumata görə, bunu institutun "Mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin müdiri, professor Şahin Fazil "Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani" adlı beynəlxalq simpoziumda çıxışı zamanı deyib.

Simpoziumun təşkilatçıları AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyənin Nəcməddin Ərbakan Universitetidir.

Lənkəran şəhərində keçirilən simpoziumda Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, Nəcməddin Ərbəkan Universitetinin professoru Əhməd Taşkın, Kastamonu Universitetinin professoru Cövdət Yaquboğlu, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Dilavər Əzimli və başqaları çıxış ediblər.

Tədbirdə AMEA-dan Tarix İnstitutunun ortaəsrşünas alimlərinin, Lənkəran Regional Elmi Mərkəzin direktor müavini Mayis Cəfərovun və başqalarının məruzələri dinlənilib.


Xəbərə aid fotolar