Uşaqların evdən oğurluq etməsinin səbəbləri


Digərləri 15 Dek 2018 22:05:00 217 0

Uşaqların evdən oğurluq etməsinin səbəbləri

Son vaxtlar məbuatda tez-tez uşaqların evdən oğurluq etməsi ilə bağlı xəbərlərə rast gəlirik. Hətta gündəlik həyatımızda da bu cür hadisələrlə rastlaşırıq. Bəs, uşaqların evdən oğurluq etməsinin səbəbləri nə ola bilər?

Son.az gencaile.az-a istinadən bildirir ki, mütəxəssislərin qənaətincə, evlərindən oğurluq edən gənclərin başlıca məqsədi maddi ehtiyac yox, macəraçılıq, diqqəti cəlb etməkdir. Oğurluq təsadüfi hadisə olsa da, adətən dostların təşviqi ilə baş verir. Uşaq bu işlə dostları arasında nüfuz qazanacağına ümid edir. Ona görə də oğurluğun səbəbini tapmaq çox zəruridir. Yalnız bu səbəbi bildikdən sonra oğruya qarşı tədbir görmək olar. Oğurluq etmiş uşağı ağır tənbeh etmək olmaz. Onun yatmış hisslərini oyatmaq üçün təsirli bir metod axtarılmalıdır. Bəzi uşaqlar evdən kiçik şeylər oğurlamaqla öz ehtiyaclarını ödəmək istəyirlər. Onun başlıca ehtiyacı isə dostlarının diqqətini cəlb etməkdir. O, oğurladığı şeyi hörmət qazanmaq üçün rüşvət verir. Eyni məqsədlə oğurluğa əl atan böyüklərlə rastlaşdıqda təəccüblənməmək olmur.

Psixoloq Azad İsazadənin sözlərinə görə, uşaqların evdən oğurluq etməsinin arxasında bir neçə amil dayanır:

"Əvvəla, onu deyim ki, yeniyetməlik dövründə olan uşaqlar törətdikləri əmələ görə obyektiv qiymət vermirlər və heç bir məsuliyyət hiss eləmirlər. Onlar üçün 100 manatla 1000 manat arasında elə böyük bir fərq yoxdur. Həm də ki, uşaqlar evdən icazəsiz götürdükləri pulu oğurluq kimi qəbul etmirlər: "Bu pul mənə lazımdır və istifadə edirəm".