Dünyanın ən maraqlı


Digərləri 15 Dek 2018 22:10:00 227 0

Dünyanın ən maraqlı

İnsanları ən çox maraqlandıran 20 sualı və cavablarını təqdim edirik.

1. Solaxaylar daha ağıllıdırlar?

Bu vaxta qədərki elmi araşdırmalar solaxayların sağ əlini işlədənlərdən daha yaradıcı, ya da ağıllı olduqlarını göstərməyib.

2. Niyə qaşınırıq?

Qaşınmaq dərinin yüngülvarı xəbərdarlığıdır. Bunun böcək dişləməsinə qarşı qoruyucu mexanizm olduğu da təxmin edilir.

3. Qızdırmamız olanda niyə üşüyürük?

Qızdırma bədənin öz termostatının hərarətini yüksəltməsi ilə yaranır. Ancaq insan tərləmədiyi, ya da qan təzyiqi qalxdığına görə üşüyür.

4. Soğan doğrayanda niyə ağlayırıq?

Soğan doğrayanda havaya "lachrymatoryfactor" adlı ferment yayılır ki, bu da gözdə qaşıntı yaradır. Göz isə özünü qorumaq üçün yaş axıdır.

5. Siqaretdən asılılıq neçə siqaretdən sonra yaranır?

Vacib olan siqaretin sayı deyil. Asılılıq səhər oyananda ilk siqareti nə vaxt yandırmağınızla bağlıdır. İlk siqaret çəkiləndən sonra asılılıq bir il ərzində formalaşır.

6. Dəniz havası almaq şəfalıdırmı?

Şəhərdən uzaqda, dəniz kənarında yaşamaq şəfalı ola bilər. "Dəniz havası", yəni dənizdən gələn gözəl qoxu sahildə yaşayan bir bakteriya sayəsində yaranır. Ancaq alimlər bakteriyanın sahildəki havanı daha da çirkləndirdiyini müəyyən ediblər.

7. Hamı evində qalsa, qrip qurtarar?

Bəli. Qlobal karantin qrip virusunun sonu olar, amma bir insanın çölə çıxmağı kifayətdir ki, virusun yenidən yayılsın.

8. Bitkilər qocalıb ölə bilərmi?

Bəzi bitkilər yaxşı qulluq edildikdə insan ömründən də çox yaşaya bilərlər. Amma mövsümi bitkilərin ömrü qısadır.

9. Saqqız mədədə həmişəlik qalır?

Xeyr. Saqqız udulanda həzm olunmur, amma ən gec üç gün ərzində bədəndən ifraz olunur.

10. Öz-özünə danışanlar dəlidir?

Xeyr. İnsanların tək, yaxud pis olanda öz-özlərinə danışmaları olduqca normaldır.