Ərköyün uşaqlar, qaynanagəlin "düyünü" və boşanmalar


Digərləri 15 Dek 2018 21:35:00 239 0

Ərköyün uşaqlar, qaynanagəlin "düyünü" və boşanmalar

"Bəzən ərköyünlük eyni zamanda bir tərbiyə növü də sayılır". Bunu bizimlə söhbətində uşaqların düzgün tərbiyəsi məsələlərindən danışarkən psixoloq Aytən Ələkbərova dedi. Mütəxəssis bildirir ki, ərköyün qızlar var, hətta valideyni belə qızının evlənəndən sonra getdiyi kimi də üstünə qayıdacağını deyir:

"Amma bu gün baxanda o xanım ailənin də sevimlisidir, yoldaşının da, qaynananın da sevimlisidir. O ərköyünlüyün içərisində başqa bir istək yaradan məqamlar var. Çünki ərköyün olan insan öz ürəyində özünün kövrək hisslərini tez bilir. Tez bildiyi halda qarşısındakı insanın da kövrək hisslərini hiss edir. Amma kobud insanlar bunu dərhal büruzə verə bilmir. Bizim atalar sözlərimiz də var: "Əzizim əziz, tərbiyəsi ondan da əziz". Tərbiyə başqa məsələdir. Tərbiyəsizliklə ərköyünlük arasında isə yerlə göy, paxıllıqla qibtə qədər fərq var. Ərköyünlüyün özü bir insanpərvərlik, humanistlik növüdür. Belə insanlar kövrək olur və kövrək insanlar da heç vaxt həyatda ziyan vurmağı sevmirlər. İstəsələr də o ziyanı vurmazlar.

Son.az gencaile.az-a istinadən bildirir ki, A.Ələkbərovanın sözlərinə görə, ailədə daha çox oğlan uşaqları ərköyün böyüdülür:

"Qız uşaqları o zaman ərköyün böyüdülür ki, oğlanla onun arasında 12-15 yaş fərqlər olsun. Əgər qız övladı evdəki qardaşından 12-15 yaş kiçikdirsə, artıq burda o da öz kiçikliyindən istifadə edir, gələcəkdə hətta qurulan ailələrdə belə 12-13 yaş qardaşdan kiçik olan bacı deyir ki, gəlini belə mən idarə etməliyəm".

Psixoloq gəlin - qaynana münasibətlərinə də toxundu: