Əsədov Zurabişvilinin andiçmə mərasimində iştirak edəcək


Siyasət 15 Dek 2018 21:24:00 602 0

Əsədov Zurabişvilinin andiçmə mərasimində iştirak edəcək

Dekabrın 16-da Milli Məclisin (MM) sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanın yeni seçilmiş prezidenti xanım Salome Zurabişvilinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkənin Telavi şəhərinə səfər edəcək.

Son.az oxu.az-a istinadən bildirir ki, nümayəndə heyətinin tərkibinə MM-in Gürcüstanla parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Əflatun Amaşov, qrupun üzvü, deputat Hikmət Məmmədov və digər rəsmi şəxslər daxildir.

Parlamentin sədri inauqurasiya mərasimində ölkənin yeni seçilmiş prezidentini təbrik edəcək, ona gələcək fəaliyyətində uğurlar arzulayacaq.

Səfər dekabrın 17-də başa çatacaq.