BMW və Tesla qiymətləri aşağı salıb


Digərləri 15 Dek 2018 21:27:00 214 0

BMW və Tesla qiymətləri aşağı salıb

Çin hökumətinin ABŞ istehsalı olan avtomobillərə tətbiq olunan əlavə tarifləri dayandırması qərarından sonra "BMW" və "Tesla" Çin bazarında satışa çıxardığı nəqliyyat vasitələrinin qiymətlərini aşağı salıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "BMW" konserninin ABŞ-dakı zavodlarına yığılmış X5 avtomobilinin qiyməti 30 min yuan (4340 ABŞ dolları) azaldılıb. Bundan başqa, X6, X5M və X6M avtomobillərinin qiyməti Çinin ABŞ avtomobillərinə əlavə tariflər tətbiq etməyə başlamasınadək olan səviyyəyə endirilib.