Akademik Opera və Balet Teatrında “Karmen” operası təqdim edilib
Digərləri 15 Dek 2018 21:29:00 250 0
Dekabrın 15-də Akademik Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operası təqdim olunub.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, üç ölkənin opera ulduzları eyni səhnəni bölüşüblər. Polşanın Vroslav Opera Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İrina Jitiniska - Karmen, Ukrayna Operasının solisti, Xalq artisti Andrey Romanenko - Don Xose, Opera və Balet Teatrının aparıcı solistləri - Xalq artistləri Əli Əsgərov və Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, Cahangir Qurbanov, Tural Ağasıyev, Əliəhməd İbrahimov və solist Nina Makarova eyni səhnədə çıxış ediblər.
Mənbə: milli.az