Quranın təkidlə buyurduğu təvəkkül nədir?


Digərləri 15 Dek 2018 20:55:00 272 0

Quranın təkidlə buyurduğu təvəkkül nədir?

Quranda dəfələrlə bəyan olunmuşdur ki, möminlər yalnız Allahı özlərinə hami və qəyyum seçərlər. Möminlər yalnız Allaha təvəkkül edərlər.

"Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini (dilədiyinə) çatdırır." (Talaq, 3).

"İslaminSesi" - Bəzən təvəkkül düzgün anlaşılmır, heç bir səy etməmək kimi təhlil edilir.

Təvəkkül nədir?

Quranın bir çox ayəsi təvəkkülün fəzilətinə və möminlərin təvəkkül etməsinə həsr edilmişdir. Təvəkkül o deməkdir ki, insan bütün həyat məsələlərində Allaha dayanır və Onu öz vəkili edir. Bu səbəbdən də təvəkkül ilahi övliyaların ən yüksək məqamlarındandır.

Quranda dəfələrlə bəyan olunmuşdur ki, möminlər yalnız Allahı özlərinə hami və qəyyum seçirlər. Təvəkkül əslində əməli tövhidə (əməldə Allaha itaət və güvən) inamın praktiki nəticəsidir.

Əməli tövhid o deməkdir ki, aləmdə yeganə təsiredici qüvvə Allahdır. Onun heç bir yardımçısı və köməyi yoxdur. Həmçinin, heç kim onunla mübarizə apara bilməz.