Azərbaycandan Gürcüstana “pul axını” davam edir


Digərləri 15 Dek 2018 20:41:00 238 0

Azərbaycandan Gürcüstana “pul axını” davam edir

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana 18 milyon 232 min dollar həcmində pul köçürülüb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, illik müqayisədə Azərbaycandan qonşu ölkəyə daxil olan pul köçürmələrinin həcmində 4 milyon 109 min dollar və ya 29% artım var.

Gürcüstan Milli Bankının məlumatına görə, bu ilin 11 ayında Gürcüstandan Azərbaycana isə 11 milyon 60 min dollar pul köçürmələri həyata keçirilib. Ötən ilin analoji dövrü ilə müqayisədə qonşu ölkədən Azərbaycana daxil olan pul köçürmələrinin həcmi 26,4% artıb. Göründüyü kimi, valyuta axınında hələki Gürcüstan Azərbaycanı üstələyir.