BP Azərbaycandakı layihələrə 37,5 milyard dollar xərcləyib


Digərləri 15 Dek 2018 20:43:00 226 0

BP Azərbaycandakı layihələrə 37,5 milyard dollar xərcləyib

2013-2017-ci illərdə BP Azərbaycandakı layihələrinə 37 milyard 576 milyon dollar sərf edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə BP-nin "2017-ci ildə Azərbaycanda davamlı inkişaf" adlı hesabatında deyilir.

Hesabata görə, bu vəsaitin 30 milyard 531 milyon dolları əsaslı xərclər, 7 milyard 45 milyon dolları isə əməliyyat məsrəfləri olub.