Qərb mədəniyyətini nə çökdürəcək?


Digərləri 15 Dek 2018 20:45:00 230 0

Qərb mədəniyyətini nə çökdürəcək?

Tarixdə bütün mədəniyyətlərin bir sonu olmuşdur.

Bir zamanlar iqtisadi siyasət mütəxəssisi Benjamin Fridman Qərb mədəniyyətini təkərləri iqtisadi böyümə sayəsində sağlam və nizamlı fırlanan velosipedə bənzətmişdi. Bu irəliləmə hərəkəti dayandıqda cəmiyyətin təməlində duran demokratiyanın, fərdi azadlıqların, sosial tolerantlıq və s. dəyərlərdə də sarsılma başlayacaqdır. Əgər bu velosipedin təkərləri yeni bir istiqamət tapıb yönlənməsə sosial partlayış baş verəcək.

Bəşər tarixində belə çöküşlər çox yaşanıb. Nə qədər mükəmməl görünsələr də bir çox cəmiyyətlər belə zəifliklərdən xilas ola bilmir. Mariland universiteti xüsusi kompüter proqramlarından istifadə edərək belə bir ehtimallar sistemi hazırlayıblar. 2014-cü ildə yayımlanmış məlumatlara əsasən Qərb cəmiyyətini iki şey çöküşə apara bilər: Ekoloji zorlama və iqtisadi şişmə.

Təbii qaynaqların yoxa çıxması və iqlimin pozulması fonunda birinci səbəb real görünür. Lakin iqtisadi yüksəlişin niyə çöküşə səbəb ola biləcəyi bir az çaşqınlıq yaradır. Bu ehtimala görə çox yüksək şəkildə var-dövlətin varlıların əlində toplanması və sayca az olan təbəqələrin yoxsullaşması cəmiyyəti çökdürə bilir. Bildirilir ki, bərabərsizliyin, sürətli əhali artımının və təbii ehtiyatların istehlakını azaldacaq bir yol tapılmasa bu çöküş qaçılmaz olacaq.