Massonların III dünya müharibə planı və İmam Zamanın zühuru


Digərləri 15 Dek 2018 20:40:00 276 0

Massonların III dünya müharibə planı və İmam Zamanın zühuru

Albert Pikenin Mazziniyə yazdığı bu məktub Britaniya müzeyində nümayiş etdirilib.

Kanada Kral Dəniz Qüvvəllərində Kəşfiyyat zabiti olan Vilyam Karr tərəfindən üzü çıxarılıb. Daha sonralar Karr bu barədə kitab nəşr etdirdi. Bu kitabda son 100 ildə baş verən hadisələrin massonlar tərəfindən reallaşdırıldığı qələmə alınıb. Kitab "Satan: Prince of this World" (İblis -Dünyanın şahzadəsi) adlanır. Həmin məktubdan bir sıra yerləri sizə təqdim edirik.

I Dünya Müharibəsi

"Bu müharibə Rusiyada çarı devirmək və bu ölkəni ateizmin qalasına çevirmək üçün illuminatiyə izn vermək məqsədi ilə ediləcək. İlluminatinin ingilis və alman imperatorluqları arasındakı "agentlərin" səbəb olduğu bu fəsad müharibəni hərəkətə gətirmək üçün istifadə olunacaqdır. Müharibənin sonunda kommunizmdən digər hökumətləri yox etmək və dinləri zəiflətmək üçün istifadə olunacaqdır."

Tarixdən xəbəri olanlar bilirlər Otto Bismarkın yaratdığı saxta cəhdlərin necə Birinci Dünya müharibəsinə səbəb olub.

II Dünya müharibəsi

"II Dünya müharibəsi faşistlər və sionistlərin arasındakı fərqləri qabartmaqla törədilməlidir. Bu müharibə nasizmin məhv olması və Fələstində İsrail dövlətinin qurulması ilə yekunlaşmalıdır. İkinci Dünya müharibəsində beynəlxalq kommunizm son sosial fəlakət anında ehtiyacımız olana qədər nəzarətə götürüləcək və ən ümdəsi xristianlığı tarazlıqda saxlamaq üçün kifayət qədər güclü olmalıdır. "

İkinci Dünya müharibəsindən sonra kommunizm zəif ölkələri ələ keçirməyə başladı. 1945-ci ildə Potstam konfransı ilə Avropanın böyük bir hisəsi Rusiyaya təslim edildi. Yaponiya ilə müharibənin nəticəsində kommunizm Çinə də yayıldı.

Xüsusi QEYD: Oxucu 1871-ci ildə Nasizm və Sionizm terminlərinin işlədilmədiyini iddia edərsə onlara bu terminlərin illuminati tərəfindən ixtira edildiyi xatırladılsın. O ki, qaldı kommunizm sözünə bu termin ilk dəfə Fransa inqilabı zamanı istifadə olunub.