Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqaşouda iştirak edib FOTO


Digərləri 15 Dek 2018 20:19:00 245 0

Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqaşouda iştirak edib  FOTO

Bakı Konqres Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Cırtdan nağıllar aləmində" adlı ailəvi meqa-şou təşkil edilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

İlk dəfə təşkil edilən bu meqa-şoudan əvvəl mətbuat konfransı keçirilib. Bakı Konqres Mərkəzinin direktoru Ramin Qazızadə, rejissor İlham Qasımov, Cırtdan rolunu canlandıran aktyor İlham Süleymanlı və Talassemiya Mərkəzinin elmi işlər üzrə müavini Ramin Bayramlı jurnalistlərin suallarını cavablandırıblar.

Sonra 40 artist zalda uşaqları müxtəlif səpkili oyunlarla əyləndirib. Ümumi olaraq oyunda 80 aktyor və rəqqas iştirak edib.

Şounun süjet xəttinə əsasən valideynləri Cırtdanı evdə qardaşı ilə birlikdə qoyaraq gedirlər. Bir müddət sonra Cırtdan qardaşını itirir və sonra onu axtarmağa başlayır. Qara qüvvələrə öz xeyirxahlığı ilə qalib gələn Cırtdan tamaşaçılara yaddaqalan və əlvan təəssürat bəxş edir. Göydən düşən ulduzlar, səmaya pərvaz edən əlvan pərilər Cırtdanla birlikdə tamaşaçıları sehrli aləmə aparır. Şounun sonunda Cırtdan qardaşına qovuşur və Məlikməmmədlə Əjdahanın köməyi ilə qara qüvvələr tərəfindən tilsimlənmiş Yeni ili geri qaytarırlar.


Xəbərə aid fotolar