Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda iştirak edib (FOTO)


Digərləri 15 Dek 2018 20:14:17 257 0

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda iştirak edib (FOTO)

Bakı Konqres Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şou təşkil edilib.

Bakı. Bakı Konqres Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şou təşkil edilib. Tədbirdə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. İlk dəfə təşkil edilən bu meqa-şoudan əvvəl mətbuat konfransı keçirilib. Bakı Konqres Mərkəzinin direktoru Ramin Qazızadə, rejissor İlham Qasımov, Cırtdan rolunu canlandıran aktyor İlham Süleymanlı və Talassemiya Mərkəzinin elmi işlər üzrə müavini Ramin Bayramlı jurnalistlərin suallarını cavablandırıblar. Sonra 40 artist zalda uşaqları müxtəlif səpkili oyunlarla əyləndirib. Ümumi olaraq oyunda 80 aktyor və rəqqas iştirak edib.