Təyyarələr niyə ağ rəngdə olur?


Digərləri 15 Dek 2018 20:10:00 294 0

Təyyarələr niyə ağ rəngdə olur?

Təyyarələrdəki çıxışların ikisi adətən öndə, ikisi də arxada olur. Eniş komandaları, kompleks idarə panelləri var. Ehtiyac vaxtı lazım olanda oksigen maskaları tavandan aşağı enir. Bunlar bütün kommersiya təyyarələrin ortaq nöqtələrindən bir neçəsidir. Amma bir ortaq nöqtələri də var. Təyyarələrin hamısı ağdır. Təyyarələr nə üçün tamamilə ağ rəngə boyanır?

Təyyarə üçün rezervasiya edəndə müxtəlif dizaynlı, rəngarəng və əyləncəli bir təyyarə seçmək daha zövqlü olmazdı? Yəqin ki, belədir! Ancaq kifayət qədər təhlükəsiz olmaya bilər.

Bütün təyyarələrin ağ rəngə boyanmasının əslində çox ciddi bir səbəbi var.

1 - Ağ rəng yağ sızmalarının, çatlama və buna bənzər problemlərin daha asan aşkar edilməsini təmin edir. Beləliklə, zədələr gözdən qaçmır.

2 - Ağ rəng səmada fərq edilməsi daha asan olan bir rəngdir.