Ən etibarlı avtomobillərin adları açıqlandı


Digərləri 15 Dek 2018 19:48:00 227 0

Ən etibarlı avtomobillərin adları açıqlandı

"Toyota" konserninin avtomobilləri dünyanın ən etibarlı avtomobilləri adına laiq görülüb.

Son.az Trend-ə istinadən bildirir ki, müvafiq reytinqi ABŞ-ın "CarMD" şirklətinin ekspertləri dərc edib.

Mütəxəssislər son 22 ildə istehsal olunan 5,6 milyon avtomobilin göstəricilərini analiz ediblər və hər marka üzrə mühərrikdə yaşanan probləmləri nəzərdən keçiriblər. Nəticə etibarı ilə, "Toyota" mühərrikləri ən yaxşı nəticə göstərib və ən "dözümlü" adına laiq görülüblər.