Dərman atanda yediklərinizə diqqət etməlisiniz


Digərləri 15 Dek 2018 19:22:00 225 0

Dərman atanda yediklərinizə diqqət etməlisiniz

Müxtəlif xəstəliklər zamanı qəbul edilən dərman kompleksləri bir-biri ilə reaksiyaya girərək orqanizmə əlavə təsir göstərə bilər. Həblər həmçinin də qəbul edilən qida, içki və bitkilərlə qarşılıqlı təsirdə ola bilirlər.

Son.az medicina.az-a istinadən ehtiyat edilməli məqamları diqqətinizə çatdırır:

1. Statinlər və qreypfrut şirəsi

Statin qrupu dərmanları (qanda xolesterinin miqdarını azaldan dərmanlar) infarkt, insult və miokard riskini azaltmaq üçün təyin edilir.

Qanda xolesterin səviyyəsinin yüksək olduğunu bilən insanlar qida rasionlarına bir çox meyvə və tərəvəzləri daxil etməlidirlər. Buna görə də qreypfrut şirəsinin statinlərin parçalanma prosesinə təsir göstərdiyini  bilmək vacibdir.

2. Varfarin və yaşıl tərəvəzlər

Varfarin preparatı (tromb əmələ gəlməsinin qarşısını alan dərman vasitəsi) təyin edildikdən sonra xəstədən qan analizi alınaraq dozanın düzgün seçilib-seçilmədiyi təyin olunmalıdır.

Tərkibində K vitamini olan qidalar (yaşıl yarpaqlı tərəvəzlər və yaşıl çay) varfarinin orqaznimdən çıxmasını sürətləndirir. Bu isə insult və infarkt riskinin artması deməkdir. Buna görə də dərmanı təyin edən həkim xəstənin qida rasionuna da diqqət yetirməlidir.

3. Antidepressantlar və ibuprofen