Vicdan tapılıb


Digərləri 15 Dek 2018 19:15:00 292 0

Vicdan tapılıb

Boyük Birtaniya alimləri insan beynin qərarlara necə reaksiya verməsini aydınlaşdırıblar.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, insan beyni düzgün qərar qəbul etdikdə onun beyninin xüsusi hissələri aktiv fəaliyyətə keçir. London universitetlərinin birində aparılan araşdırmaya əsasən məlum olub ki, xüsusilə mənəvi dəyəri olan qərarlarda beyin hakimiyyəti tamamilə ələ keçirə bilir.

Təcrübə üçün 56 adam dəvət olunub. Onları iki qrupa ayıran alimlər qarşı tərəfə vurulan ziyanın həcmi müqabilində mükafatın çoxluğunu nəzərə çatdırıblar. Təcrübə zamanı məlum olub ki, insanlar qarşı tərəfə zərbə vurulan zaman özlərini qabağa veriblər. Bu bir daha sübut edib ki, insanlar mənəvi məsələlərdə maddiyyatdan keçə bilir. Bu isə onu göstərir ki, insan qərar verən zaman beyin hakimiyyəti ələ keçirə bilir.