Bakıda mağazadan külli miqdarda partlayıcı vasitələr götürüldü


Digərləri 15 Dek 2018 18:40:00 229 0

Bakıda mağazadan külli miqdarda partlayıcı vasitələr götürüldü

Bakıda mağazada külli miqdarda partlayıcı vasitələr aşkarlanıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Bakı ŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 2362 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.