11 yaşlı Tramp soyadından imtina etmək istəyir


Digərləri 15 Dek 2018 18:30:00 224 0

11 yaşlı Tramp soyadından imtina etmək istəyir

ABŞ prezidenti Donald Trampla eyni soyadı daşıyan 11 yaşlı Coşua Tramp öz nəsil adından imtina etmək istəyir.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Meqan Tramp Berto və Bobbi Berto uşaqları Coşua Trampın məktəbdə soyadına görə zorakılığa məruz qaldığını və buna görə psixologiyasının pozulduğunu bildiriblər.

Qeyd olunur ki, Bobbi Berto Coşuanın ögey atasıdır. Anası Meqan isə övladının məktəb yoldaşları tərəfindən hər gün "söyüş yağışı"na tutulduğunu və məsxərəyə qoyulduğunu bildirib.