Azərbaycanda təhsil şöbəsinə məxsus avtomobil yandı FOTO


Digərləri 15 Dek 2018 18:33:00 226 0

Azərbaycanda təhsil şöbəsinə məxsus avtomobil yandı  FOTO

Oğuz rayonunda avtomobil yanıb.

Son.az report-a istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Chevrolet Niva" markalı, 48 AA 048 dövlət qeydiyyatı nişanlı avtomobil anidən alışıb. Hadisə yerinə yanğınsöndürən maşın cəlb olunub və avtomobilin tamamilə yanmasının qarşısı alınıb. Ancaq maşının mühərrik hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

Məlumata görə, avtomobil Oğuz Rayon Təhsil şöbəsinə məxsusdur.


Xəbərə aid foto