Piyadanı vurub qaçan qadın sürücü saxlanıldı


Digərləri 15 Dek 2018 18:08:00 203 0

Piyadanı vurub qaçan qadın sürücü saxlanıldı

Piyadanı avtomobillə vurub qaçan qadın sürücü saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Təhlükəsiz Şəhər Xidməti və Yasamal rayon Polis idarəsi (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Röyal Eynullayevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "KİA" markalı avtomobilin sürücüsü - paytaxt sakini V.Bağırova saxlanılıb.