Azərbaycanda 12 yaşlı uşağı evinə çağırıb zorlayan şəxsin cəzası azaldıldı


Kriminal 15 Dek 2018 16:30:00 491 0

Azərbaycanda 12 yaşlı uşağı evinə çağırıb zorlayan şəxsin cəzası azaldıldı

Şirvan şəhərində azyaşlıya təcavüz etməkdə təqsirli bilinən Rusiya Federasiyasının Voronej şəhərində anadan olmuş, 2001-ci il təvəllüdlü Samir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, hadisə 2016-cı il dekabrın 17-də baş verib. Paytaxtın Biləcəri qəsəbəsindəki 18 saylı Peşə Litseyinin 1-ci kursunda təhsil alan Samir Abbasov həmin gün saat 15 radələrində yaşadığı Şirvan şəhərindəki Cihazlar zavodunun yataqxanasındakı mənzilə qonşuları olan 2004-cü il təvəllüdlü Sadiq Məmmədovu (zərərçəkmişin ad və soyadı şərti verilib - red.) çağırıb.

Onun çağırışı ilə Sadiq Samir Abbasovun yaşadığı evə gəlib. Bu zaman o, əvvəlcədən planlaşdırdığı kimi Sadiqlə qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyini reallaşdırmaq istəyib.

Öldürməklə hədələdi, soyunmasını tələb etdi

Bu məqsədlə Samir Abbasov hədə-qorxu gələrək, Sadiq Məmmədovdan soyunmasını tələb edib. Əvvəlcə Sadiq onun dedikləri ilə razılaşmayıb.

Bu zaman Samir Abbasov stolun üstündə olan bıçağı götürərək, onu öldürməklə hədələyib. Bundan sonra azyaşlı oğlan soyunub.

Cinsi əlaqə

Daha sonra Samir Abbasov azyaşlı oğlanla qeyri-təbii yolla cinsi əlaqədə olub, ona qarşı digər zorakılıq hərəkətləri edib. İntim əlaqədə olandan sonra Samir Abbasov ona baş verənlərlə bağlı heç kimə deməməsini tapşırıb. Amma azyaşlı baş verən hadisəni valideynlərinə danışıb.

Bundan sonra Sadiq Əliyevin valideynləri Şirvan Şəhər Polis Şöbəsinə şikayət ediblər. Onların şikayəti əsasında saxlanılan Samir Abbasovun barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.

7 il 6 ay həbs

Samir Abbasova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə iş açılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Abbasov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Samir Abbasovun barəsində həbs qətimkan tədbiri seçilib, o, məhkəmə zalından həbs edilib.

Hökmdən narazılıq

Hökmdən narazı qalan Ulduzə Əhmədova apelyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin barəsində olan hökmün ləğv edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.