Pirallahı Sənaye Parkı əczaçılıq preparatları istehsalının mərkəzinə çevrilə bilər


Digərləri 15 Dek 2018 16:12:00 184 0

Pirallahı Sənaye Parkı əczaçılıq preparatları istehsalının mərkəzinə çevrilə bilər

Azərbaycanın Pirallahı Sənaye Parkı əczaçılıq preparatlarının yerli istehsalı üzrə mühüm mərkəz ola bilər.

Son.az bildirir ki, bunu Trend-ə Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann deyib.

O bildirib ki, Almaniyanın əczaçılıq şirkəti bu sektorda maraqlıdır və 2019-2020-ci illərdə Azərbaycan bazarına çıxmaq imkanlarını öyrənir, bazarı müşahidə edir.

T.Baumann vurğulayıb ki, Almaniya İsveçrə və Türkiyə ilə birgə dünyada dərman preparatlarının mühüm tədarükçü ölkələrindən hesab olunur.