Azərbaycanda bu televiziyanın kollektivi İSTEFA VERDİ...


Digərləri 15 Dek 2018 16:03:00 243 0

Azərbaycanda bu televiziyanın kollektivi İSTEFA VERDİ...

CVN internet televiziyasının 8 əməkdaşı işdən ayrılıb.

Son.az xəbər verir ki, bu sözləri televiziyasının əməkdaşı Günel Xəzəl sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, baş prodüserin əməkdaşlarla qeyri-insani rəftarı onları cana doydurub:

"Dünən CVN (Cavan) televiziyasının mən də daxil olmaqla, 8 əməkdaşı efiri yarımçıq qoyaraq, işi tərk etdik. Buna səbəb baş prodüser Ülvira Qarayevanın işçilərlə qeyri-insani rəftarı, təhqir və şəxsiyyəti alçaltması olub".