Pirallahı Sənaye Parkı əczaçılıq preparatları istehsalının mərkəzinə çevrilə bilər (ÖZƏL)


Digərləri 15 Dek 2018 16:02:00 194 0

Pirallahı Sənaye Parkı əczaçılıq preparatları istehsalının mərkəzinə çevrilə bilər (ÖZƏL)

Azərbaycanın Pirallahı Sənaye Parkı əczaçılıq preparatlarının yerli istehsalı üzrə mühüm mərkəz ola bilər.

Bakı. Sara İsrafilbəyova - Azərbaycanın Pirallahı Sənaye Parkı əczaçılıq preparatlarının yerli istehsalı üzrə mühüm mərkəz ola bilər. Bunu Trend-ə Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann deyib. O bildirib ki, Almaniyanın əczaçılıq şirkəti bu sektorda maraqlıdır və 2019-2020-ci illərdə Azərbaycan bazarına çıxmaq imkanlarını öyrənir, bazarı müşahidə edir. T.Baumann vurğulayıb ki, Almaniya İsveçrə və Türkiyə ilə birgə dünyada dərman preparatlarının mühüm tədarükçü ölkələrindən hesab olunur.