Ali Məhkəmə bəraət alan ana və oğlu ilə bağlı qərarı elan etdi


Kriminal 15 Dek 2018 15:36:00 893 0

Ali Məhkəmə bəraət alan ana və oğlu ilə bağlı qərarı elan etdi

Ali Məhkəmədə Bakıda dələduzluqda təqsirləndirilən Kifayət Dostumalıyeva və oğlu Kənan Yusifovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və zərərçəkmişin kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən bildirir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti və kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, həmin şəxslər Bakı şəhərində "Sədərək" Ticarət Mərkəzində mağaza açmaq adı ilə zərərçəkmiş Rəna Verdiyevanın 150 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinirlər. Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilən K.Dostumalıyevanın barəsində həbs qətimkan tədbiri seçilsə də, oğlu K.Yusifovun barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.