Qazax sakini qum dolu yük maşınının altında qalaraq öldü


Digərləri 15 Dek 2018 15:03:00 303 0

Qazax sakini qum dolu yük maşınının altında qalaraq öldü

Qazax rayonunda 60 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Son.az report-a istinadən bildirir ki, hadisə rayonun Xanlıqlar kəndi ərazisində aparılan tikinti işlərində qeydə alınıb. 

Belə ki, içərisi qumla dolu yük avtomobilinə istiqamət göstərən Musa İbrahim oğlu Nəbiyev beton plitənin çökməsi səbəbindən quyuya düşüb. Bu zaman yük maşını da aşaraq qumu onun üzərinə töküb. Nəticədə M.Nəbiyev hadisə yerində ölüb.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.