Mübariz İbrahimovla bağlı qalmaqallı status yazan psixoloq:


Digərləri 15 Dek 2018 13:16:00 366 0

Mübariz İbrahimovla bağlı qalmaqallı status yazan psixoloq:

Özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadə adlı xanım milli qəhrəman Mübariz İbrahimovla bağlı fikirləri ilə çoxlarının nifrətini öz üzərinə çəkib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında ciddi etirazlara səbəb olan statusunda bildirib ki, döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükəsi olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır: 

"Bəlkə də öldürdüyü erməni əsgəri bütün proseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır".

Bu da azmış kimi bu xanım ermənilərə xüsusi simpatiyasını əks etdirib. Sosial şəbəkələrdə onlarla yazışıb.