Parisdə metro və dəmir yolu stansiyaları, ticarət mərkəzləri bağlanacaq


Dünya 15 Dek 2018 13:04:00 270 0

Parisdə metro və dəmir yolu stansiyaları, ticarət mərkəzləri bağlanacaq

Fransanın Paris şəhərinin mərkəzində 40-dək metro stansiyası, habelə RER şəhərətrafı dəmir yolunun 8 stansiyası bağlanacaq. 

Son.az report-a istinadən xəbər verir ki, buna səbəb "sarı jiletlilər"in dekabrın 15-nə Paris və ölkənin müxtəlif regionlarında etiraz aksiyası təyin etməsidir. 

Paris Nəqliyyat İdarəsinin (RATP) məlumatına görə, Şarl de Qoll və Orli hava limanlarına hərəkət edən ictimai nəqliyyatın da fəaliyyətində ciddi ləngimələr gözlənilir.