"Azərişıq" borclu abunəçilərin işini asanlaşdırdı


Digərləri 15 Dek 2018 12:53:00 264 0

"Azərişıq" borclu abunəçilərin işini asanlaşdırdı

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti rəsmi internet saytının yenilənmiş variantının təqdimatını keçirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qurumun yeni saytı əvvəlki versiyaya nisbətən daha interaktivdir.

Təqdimat mərasimində çıxış edən qurumun İnformasiya texnologiyaları departamentinin direktor müavini Emin Əmirov deyib ki, saytda abunəçilər üçün elektron kabinet yaradılıb:

"Bu kabinet vasitəsi ilə onlar elektrik enerjisi istehlakı ilə bağlı bütün məlumatları əldə edə biləcəklər".