“Bu əməliyyatı indi həyata keçirə bilməsək...”


Dünya 15 Dek 2018 12:14:00 224 0

“Bu əməliyyatı indi həyata keçirə bilməsək...”

Təhlükəsizlik və terror mütəxəssisi Abdullah Ağar Türkiyənin Fıratın şərqində  həyata keçirəcəyi döyüş əməliyyatlarına münasibət bildirib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, eskpert xatırladıb ki, Türkiyə "Zeytun budağı" əməliyyatı zamanı YPG və PKK ünsürlərini Münbiçə doğru qovub: "Bu zaman fransız və amerika əsgərləri müdaxilə edərək PKK əsgərlərini himayə etdi. DEAŞ-ı Suriyada məğlub edən Türkiyə Cümhuriyyətidir. Bunu Əl- Babda həyata keçirdi.  Orada 2300 İŞİD-çini məhv etdik. Bəs, bu necə oldu? Amerika Rakka əməliyyatını dayandırdı və Fıratın ortasındakı  bütün terrorçuları Əl-Bab bölgəsinə yönəltdi.  Onlar Suriya rejiminə məxsus ən böyük hərbi hissəni keçdilər. Bəs, silahları haradan aldılar? Niyə heç bir ölkə buna müdaxilə etmədi?  Axı onların yeri- yurdu bəlli idi. 2 Amerika və 2 Rusiya  hərbi təyyarəsi  onları bombalaya bilərdi. Amma etmədilər".