Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir (FOTO)


Digərləri 15 Dek 2018 12:03:29 215 0

Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir (FOTO)

Xeyriyyə yarmarkasından toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatlarına sərf ediləcək

Bakı. 6 ildir ki, yeni il ərəfəsində “Nargis Fund” tərəfindən keçirilən və xoş bir ənənəyə çevrilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası bu il də yüzlərlə uşağı sevindirəcək. Yanvar ayının 6-dək davam edəcək bu xoş məramlı tədbirə fəaliyyəti boyunca gələcəyimiz olan uşaqların müdafiəsi, eləcə də onların hüquqlarının qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirən “Azercell Telekom” MMC də öz dəstəyini əsirgəməyib. Şirkət yarmarkada quraşdırılmış stendindən smartfon əldə edən müştəriləri hədiyyə ilə sevindirəcək. Belə ki, abunəçilər öz istəklərinə uyğun olaraq 1000 şəbəkədaxili dəqiqə və ya 1 aylıq limitsiz internet əldə edə biləcəklər.