Astarada qonşusunun evindən pul, qızıl oğurlayan şəxs ələ keçdi (FOTO)


Digərləri 15 Dek 2018 11:18:32 238 0

Astarada qonşusunun evindən pul, qızıl oğurlayan şəxs ələ keçdi (FOTO)

Astara rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tərdbirləri nəticəsində yaşayış evindən pul, qızıl və məişət əşyaları oğurlayan şəxs saxlanılıb.

Bakı. Samir Əli - Astara rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tərdbirləri nəticəsində yaşayış evindən pul, qızıl və məişət əşyaları oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara şəhər sakini E.Ağazadə rayon Polis şöbəsinə müraciət edərək axşam saatlarında evdə olmadığı vaxt naməlum şəxs tərəfindən onun yaşadığı mənzildən 1 ədəd qızıl üzük, 90 manat pul və məişət əşyalarının oğurlandığını bildirib. Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törədən şəxs müəyyən edilərək saxlanılıb.