Sərxan: ""Maşın"a görə məni toyda döyürdülər"


Şou-biznes 15 Dek 2018 10:52:00 760 0

Sərxan: ""Maşın"a görə məni toyda döyürdülər"

"Maşın" şousunda səsverməyə çıxan ilk iştirakçı aparıcı Sərxan Kərəmoğlu olub

"Maşın" şousunda səsverməyə çıxan ilk iştirakçı aparıcı Sərxan Kərəmoğlu olub. 

Son.az axşam.az-a istinadən bildirir ki, 56,33 faiz səs toplayan Kərəmoğlu maraqlı açıqlaması ilə diqqət çəkib. O, ötən oyundakı iştirakından sonra toy məclisində başına gələn hadisəni danışıb:

"Ötən oyunda səs topladım. Amma özüm əlimi götürüb getdim. Təhqirlərlə üzləşdim. Hətta bir toyda məni döyürdülər ki, niyə əlini götürdün. Həqiqətən, məni döyürdülər, ev sahibləri güclə qurtardı məni".