Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək


Siyasət 15 Dek 2018 10:57:00 430 0

Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək

Türkmənistan 2019-cu ildə məhz Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günü - avqustun 12-də Avaza sahil kurortunda ilk Xəzər iqtisadi forumunu keçirməyi planlaşdırır.

Son.az xəbər verri ki, bu barədə Trend Türkmənistan hökumətinə istinadən məlumat verir.

Forumun keçirilməsi haqqında qərar Türkmənistanın təşəbbüsü ilə bu il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində V Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində qəbul edilib.

Xəzər forumunun keçirilməsinə hazırlıq məsələsi ötən gün Türkmənistan Nazirlər Kabinetinin iclasında müzakirə olunub.