Qadın ərinə 315 min dollar "atıb",


Dünya 15 Dek 2018 09:45:00 292 0

Qadın ərinə 315 min dollar "atıb",

Qadın ərinə və onun ailəsinə 315 min dollar "pul atıb".

Son.az xarici mətbuata istinadla xəbər verir ki, ərinə və onun ailəsinə xəstəliyi ilə bağlı kələk gələn qadın onların 250,000 fund-sterlinq pulunu mənimsəyib.

36 yaşlı Casmin Mistri (Jasmin Mistry) ərinə və onun yaxın qohumlarına xərçəng xəstəliyinə tutulduğunu söyləyib və bildirib ki, sağalmaq üçün pula ehtiyacı var.

315 min dolları alıb ABŞ-a qaçan britaniyalı qadın pulları bahalı çantalara və başqa lüks mallara xərcləyib.

Məlumata görə, qadın bu yalanı 4 il müddətinə gizli saxlaya bilib. Qadının əri məhkəmədə ifadə verərkən "böyük zərbə" aldığını və bunu heç vaxt unutmayacağını söyləyib.


Xəbərə aid fotolar