Müalicə üçün Azərbaycana gələn turistlərin sayı artacaq


Digərləri 15 Dek 2018 09:24:00 243 0

Müalicə üçün Azərbaycana gələn turistlərin sayı artacaq

Tibbi müalicə məqsədilə Azərbaycana səfər edən turistlərin sayı 2019-cu ildə 18 faiz artacaq.

Son.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib.

Onun sözlərinə görə, 2018-ci ilin yanvar-noyabr aylarında tibbi müalicə məqsədilə Azərbaycana səfər etmiş turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artıb.

R.Quliyev bildirib: "Bu gün üçün təkcə Naftalan müalicəvi tibb mərkəzini 70-dən çox ölkədən 45 mindən artıq turist ziyarət edib. İlin sonuna qədər bu göstəricinin daha da artacağı gözlənilir".

Assosiasiya sədrinin sözlərinə görə, bura gələnlər arasında Rusiya, Qazaxıstan və Özbəkistandan olan turistlər çoxluq təşkil edir.