AMEA işçilərinə torpaq paylanacaq


Digərləri 15 Dek 2018 09:05:59 270 0

AMEA işçilərinə torpaq paylanacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işçilərinə bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsi ayrılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyəti qərar verib.

Rəyasət Heyətinin iclasında "AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları" haqqında sənəd təsdiq edilib.