Ermənistanda 442 seçki qanunsuzluğu faktı üzrə cəmi 6 cinayət işi qaldırılıb


Dünya 15 Dek 2018 08:50:00 247 0

Ermənistanda 442 seçki qanunsuzluğu faktı üzrə cəmi 6 cinayət işi qaldırılıb

Ermənistanda dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində 442 qanun pozuntusu qeydə alınıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "News.am"a Ermənistanın Baş Prokurorluğundan bildirilib.

Prokurorluqdan qeyd ediblər ki, aşkarlanan seçki qanunsuzluqları ilə əlaqədar cəmi 6 cinayət işi qaldırılıb. Daha 147 işlə bağlı materiallar hazırlanır.