Yeni virus Androidli qurğulardan pul oğurlayır


Digərləri 15 Dek 2018 08:51:00 232 0

Yeni virus Androidli qurğulardan pul oğurlayır

Yeni virus "Android" sisteminin idarəetməsi altında işləyən telefondan pulu saniyələr ərzində oğurlayır. Kibertəhlükəsizlik sahəsi üzrə ekspertlər zərərverici proqram aşkar ediblər. Sözügedən mobil tətbiq "Google Play"  mağazasında yoxdur, ancaq onu internetdən yükləmək mümkündür. "Android Optimization" proqramı akkumulyatorun optimallaşdırılması kimi qələmə verilir.   Son.az ICTnews-a istinadən bildirir ki, hakerlər ödəniş sistemləri və messencerlərdə hesablara müdaxilə imkanı əldə edirlər. İstifadəçinin "PayPal" sistemindəki hesabı çox böyük riskə məruz qalır. Sadəcə, "PayPal" sistemində şəxsi kabinetə daxil olmanız kifayətdir ki, anında hesabınızdan 1000 avro oğurlansın. Troyan virusunun yaradıcıları acgözdürlər: proqram hər dəfə işə salınanda pul oğurlayır.